04 Noyabr 2023, 18:56
FUTBOL
Kanada millisinin və "Bavariya"nın müdafiəçisi Alfonso Devis "Real"a keçməyə razılaşıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Madrid klubu son günlər müdafiəçi ilə danışıqları intensivləşdirib. İspaniya komandası Devisin mümkün transferinə nikbin baxır, çünki futbolçunun özü artıq köçməyə hazır olduğunu bildirib. Bundan əvvəl "Real"ın "Bavariya"nın futbolçusunu 50 milyon avroya transfer etməyə hazır olduğu deyilir.
Qeyd edək ki, Devisin "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.