04 Noyabr 2023, 20:35
FUTBOL
"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabionun anası və agenti Veronika Rabiot Turin klubu ilə mümkün müqavilənin uzadılması haqda danışıb.
Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Müqavilənin uzadılması barədə danışmaq hələ tezdir. Adrien həmişə olduğu kimi, ən münasib anda qərar verəcək. "Yuventus" ilə 1 illik müqavilənin uzadılması mənim fikrim idi. Əvvəlcə “Yuventus” bununla razılaşmadı. Amma sonda maaşın artırılması ilə daha bir illik müqavilə imzaladıq".
Qeyd edək ki, tərəflər arasında hazırkı müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.