"Oyunun gərginliyini azarkeşlər sonacan saxladı. Bu bizim üçün həm motivasiya, həm də rəqib üçün təzyiq idi. Hər kəsi təbrik edirəm. Azarkeşlər möhtəşəm idi. Bu qalibiyyətdə ən yuxarı pay sahibi onlardır.

"Hesab böyük ola bilərdi. Daha çox qol vura bilərdik".
 
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında  "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: "Oyunun gərginliyini azarkeşlər sonacan saxladı. Bu bizim üçün həm motivasiya, həm də rəqib üçün təzyiq idi. Hər kəsi təbrik edirəm. Azarkeşlər möhtəşəm idi. Bu qalibiyyətdə ən yuxarı pay sahibi onlardır. "Qəbələ" ilə görüşdən sonra təzyiq altına düşmüşdük. Həm xal, həm oyunçu itirmişdik. İtirdiyimiz oyunçuların yerinə oynayanlar özlərini yaxşı göstərdilər. Təbrik edirəm futbolçuları. Sonacan mübarizə apardılar. Yaxşı futbol göstərdilər. Hesab böyük ola bilərdi. Daha çox qol vura bilərdik. Bu qalibiyyət kiməsə təəccüblüdürsə, onun futbol anlayışı elə buraya qədərdir. Layiqli qələbə qazandıq. Biz artımda olan komandayıq. Gözü götürməyənlərə deyirəm ki, ölün, qalın".
 
- Müəmmalı danışdınız. Ad çəkə bilərsinizmi?
- Söz sahibinə gedib, çatdı.
 
-Oyundan sonra klub prezidenti ilə görüşdünüz. Bu nə ilə bağlı idi? 
-Sabah görəcəyimiz işlərlə bağlı idi. Futbolçuların bərpası ilə bağlı görmədiyimiz işlər var idi. Qısa müddətdə oyunlar çox olur. Futbolçuların yorğunluğunu atmaq üçün etmək istədiyim nüanslar var idi. Onları dedim. Həmişəki kimi bizə dəstək oldular və razılaşdılar. 
 
- Sizi nə deyib tənqid edirdilər ki, belə reaksiya göstərdiniz?
- "Sumqayıt"ın udması bir çoxları üçün təəccüblüdür. Mən bunu anlamıram. Anlamaq da istəmirəm. Analiz edəcəyəm. Amma futboldan anlayan hər kəs düşünməlidir ki, bu komanda evdə oynayır, "Sabah" kimi komandanı udub və bu kimi səbəblər deyə bilərlər. Yüksəlişdə olan komandayıq. Mən bu dueli bərabər dəyərləndirərdim. Amma qulağıma çatdı ki, belə söhbətlər gəzir. Sözüm yoxdur. 
 
- Sizcə, bu eşitdiyiniz duyumlar turnir cədvəlində olan yerinizə görə deyilmi?
- Bizim bəlamızda budur. Turnir cədvəlinə görə analiz olunur. Bu gün xal fərqinə baxmaq lazımdır. Əgər siz xal fərqinə yox, turnir cədvəlinə baxırsınızsa atın bu peşəni. 
 
 - Kasimir Ninqanın durumu nədir?
- Ninqaya böyük təşəkkür düşür. O qədər ağrı ilə oynadı. Bəzən legioneri futbolçular kaprizni olur. Dırnağına qara düşən kimi həftələrlə oynamaq istəmir. Amma komanda üçün riski gözə aldı. Ciddi ağrılarla çıxıb mübarizə apardı. O zədə çətinləşə bilərdi. Biz bu gün onu itirdik. Yəqin ki, mövsümün sonuna qədər olmayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest