04 Noyabr 2023, 22:29
FUTBOL
Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" növbəti görüşünə çıxıb. Komanda "Samsunspor"un qonağı olub. Duel ev sahibi komandanın qələbəsi ilə başa çatıb – 2:1. Renat oyuna start heyətdə başlayıb və 88-ci dəqiqədə meydanı tərk edib.
Qeyd edək ki, 11 turdan sonra 14 xal toplayan "Hatayspor" turnir cədvəlinin 8-ci pilləsindədir.