"Milan"ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının XI turunun "Udineze" ilə görüşünü (0:1) şərh edib. Matc.az xəbər verir ki, o, istədikləri kimi oynamadıqlarını söyləyib:
 
"Nə qədər hücum etməyə çalışsaq da, oyun üslubumuzda nizam-intizam və keyfiyyət az idi. İnanın, bəzən sərfəli nəticə qazanmadığımız matçlarda belə, yaxşı oynamışdıq. Amma bu gün heç də belə deyildi.
 
Son nəticələr və performansımız bizi narahat etməlidir. "Udineze" ilə oyunun çətin keçəcəyini bilirdik. Daha yaxşı çıxış etmək üçün özümüzü düzgün motivasiya etməliyik. Azarkeşlərimizin narazılığı başadüşüləndir. Xüsusilə də, mənə qarşı olan münasibətlərini anlayıram".
 
"Qırmızı-qaralar" İtaliya çempionatının turnir cədvəlində 22 xalla 3-cü, "Udineze" isə 10 xalla 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest