UEFA Şotlandiyanın "Seltik" klubuna qarşı intizam işi açıb. Matc.az xəbər verir ki, buna azarkeşlərin stadionda Fələstin bayrağını nümayiş etdirməsi səbəb olub.
 
"Seltik" azarkeşləri dəfələrlə İsraillə müharibə səbəbindən fələstinlilərə dəstək nümayiş etdiriblər. Onlar Çempionlar Liqasının qrup mərhələsinin III turunun "Atletiko" ilə oyununda da (2:2) bunu təkrar ediblər. UEFA Şotlandiya təmsilçisi ilə bağlı yaydığı açıqlamada bunları deyib:
 
"Seltik" Futbol Klubuna qarşı UEFA-nın İntizam Qaydalarının "idman ruhuna zidd olan jestlər, sözlər və ya təxribat xarakterli mesajların ötürülməsi üçün hər hansı digər vasitələrdən istifadə edilməsi" maddəsinin pozulmasına qarşı intizam işi açılıb. Onların bu addımı siyasi, ideoloji, dini və təhqiredici məzmunu özündə ehtiva edir".
 
UEFA-nın Nəzarət, Etika və Nizam-İntizam qurumu "Seltik"lə bağlı qarşıdakı günlərdə müvafiq qərar qəbul edəcək.
 
Xatırladaq ki, oktyabrın 8-də HƏMAS terror qruplaşması İsrailə hücum edib. Oktyabrın 7-də Fələstin tərəfinin raket atəşinə cavab olaraq, Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin hərbi əməliyyatı başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest