05 Noyabr 2023, 14:04
FUTBOL
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya La Liqasının XII turunun "Real Sosyedad"la qarşılaşmasını (1:0) dəyərləndirib. Matc.az xəbər verir ki, almaniyalı görüşün çətin keçdiyini gizlətməyib:
"Oyunda dominantlıq etdiyimiz anlar oldu. Matç çətin keçdi. Əlimizdən gələnin ən yaxşısını etmədik. Təbii ki, 3 xal qazandığımız üçün sevinirik. Qarşılaşma bərabər mübarizə şəraitində keçdi. Ədalətli olub-olmadığını bilmirəm, amma biz qalib gəlməyi bacardıq".
Kataloniya təmsilçisi hazırda ölkə çempionatının turnir cədvəlində 27 xalla üçüncü, "Real Sosyedad" isə 19 xalla altıncıdır.