"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının XI turunun "Bornmut"la görüşündən sonra (6:1) fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, portuqaliyalı Bernardo Silvanın vurduğu qollardan söz açıb:
 
"Silva əla oyunçudur. İki gözəl qol vurdu. Xüsusilə, onun 2-ci qolu Lionel Messinin üslubuna çox yaxın idi. Argentinalı dəfələrlə bunu etməyi bacarıb".
 
"Şəhərlilər" hazırda İngiltərə çempionatının turnir cədvəlində 27 xalla liderdir. Onlar XII turda London səfərində "Çelsi" ilə qarşılaşacaqlar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest