21-ci əsrdə ən çox qırmızı vərəqə alan futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, siyahıya "Sevilya"nın müdafiəçisi Serxio Ramos başçılıq edir.
 
2-ci pillədə Türkiyənin "Qalatasaray" klubunun keçmiş futbolçusu Felipe Melo, 3-cü sırada isə PSJ-nin sabiq üzvü, hazırda "Bolonya"nı çalışdıran Tiaqo Motta qərarlaşıb.
 
1. Serxio Ramos – 965 oyun, 28 qırmızı vərəqə ("Sevilya");
2. Felipe Melo – 423 oyun, 17 qırmızı vərəqə ("Fluminense");
3. Tiaqo Motta – 530 oyun, 16 qırmızı vərəqə ("Bolonya"nın baş məşqçisi);
4. Filipp Mexes – 552 oyun, 16 qırmızı vərəqə (karyerasını bitirib);
5. Qari Medel – 576 oyun, 16 qırmızı vərəqə ("Vasko da Qama");
6. Pepe – 843 oyun, 16 qırmızı vərəqə ("Porto");
7. Fernando Amorebeyta – 322 oyun, 15 qırmızı vərəqə (karyerasını bitirib);
8. Alberto Lopo – 444 oyun, 15 qırmızı vərəqə (karyerasını bitirib);
9. Guido Rodriqes – 464 oyun, 15 qırmızı vərəqə ("Betis");
10. Rafael Markez – 472 oyun, 15 qırmızı vərəqə (karyerasını bitirib).
 
Xatırladaq ki, Ramos və Pepe öncədən "Real"da birlikdə forma geyiniblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest