05 Noyabr 2023, 15:17
FUTBOL
2013/14 mövsümündən 2023/24 mövsümünə qədər çalışdıqları klublarda ən çox transfer gəliri əldə edən məşqçilərin adları açıqlanıb. Matc.az xəbər verir ki, siyahıya "Atletiko"nun baş məşqçisi Dieqo Simeone başçılıq edir.
"İlk 3-lüy"ü Leonardo Jardim və Pep Qvardiola tamamlayır:
1. Dieqo Simeone – 1.07 milyard avro (1 klub);
2. Leonardo Jardim – 967 milyon avro (5 klub);
3. Pep Qvardiola – 799 milyon avro (2 klub);
4. Tomas Tuxel – 792 milyon avro (5 klub);
5. Massimiliano Alleqri – 774 milyon avro (2 klub);
6. Can Pyero Qasperini – 740 milyon avro (2 klub);
7. Xulen Lopeteqi – 727 milyon avro (4 klub);
8. Ronald Kuman – 636 milyon avro (4 klub);
9. Yurgen Klopp – 629 milyon avro (2 klub);
10. Maurisio Poçettino – 622 milyon avro (4 klub).
Xatırladaq ki, zirvədə qərarlaşan Simeone 2011-ci ildən "hindular"ı çalışdırır.