Cənubi Amerikada "Libertadores" kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, finalda Argentinanın "Boka Xuniors" və Braziliyanın "Fluminense" komandaları qarşılaşıblar. Oyun braziliyalıların qələbəsiylə yekunlaşıb – 2:1.
 
Nəticədə, "Fluminense" tarixində ilk dəfə "Libertadores" kubokunu qazanıb. Adıçəkilən komandanın formasını geyinən "Real"ın keçmiş futbolçusu Marselo həm UEFA Çempionlar Liqasını, həm də "Libertadores" kubokunu qazanan 14-cü oyunçu kimi tarixə düşüb.
 
Öncədən hər iki yarışın qızıl medallarına layiq görülən futbolçular: Roke Junior, Xuan Pablo Sorin, Dida, Kafu, Karlos Teves, Uolter Samuel, Ronaldinyo, Danilo, Rafinya, Ramires, David Luis, Xulian Alvares.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest