"Brayton" İngiltərə Premyer Liqasının XI turunda "Everton"la qarşılaşıb (1:1). Matc.az xəbər verir ki, həmin oyundan sonra "qağayılar"la bağlı maraqlı statistika diqqət çəkib.
 
Belə ki, Roberto de Zerbinin çalışdırdığı kollektiv 1988/89 mövsümündən sonra (35 il sonra) İngiltərənin əsas liqasında keçirdiyi ilk 11 oyunun hamısında həm qol vurub, həm də qapısından qol buraxıb.
 
Xatırladaq ki, "Brayton" hazırda Premyer Liqanın turnir cədvəlində 18 xalla 7-ci pillədə qərarlaşıb. Onlar XII turda "Şeffild Yunayted"lə üz-üzə gələcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest