Libertadores Kubokunun finalında “Boka Xuniors”  “Fluminense” ilə qarşılaşıb.

Matc.az xəbər verir ki, görüş əlavə vaxtda Braziliya yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. “Fluminense” ilk dəfə Libertadores kubokunu qazanıb. Bu, komandanın tarixində ikinci final olub. Hazırda Braziliya klublarının Libertadores Kubokunda 23, Argentina klublarının isə 25 qələbəsi var. Əlavə edək ki, buna qədər “Flamenqo” (2019, 2022) və “Palmeyras” (2020, 2021) hərəyə iki titul qazanıb. “Fluminense”nin birinci finalı 2008-ci ildə olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest