“Bu gün bəyəndiyim məqam hücumda yaxşı epizodlar yaratmağımız idİ”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Komandam yaxşı çıxış etdi. Futbolçularım matçı 90 dəqiqə lazımi qaydada idarə edə bildi. Sona qədər də bu davam etdi. Bu gün bəyəndiyim məqam hücumda yaxşı epizodlar yaratmağımız idi. İkinci dəfədi bura gəlirəm. Mənim üçün bura doğma kimidir. Bir neçə gün komanda ilə burada qalmışıq. 3 dəfə bu meydançada məşq etmişik. Yaxşı infrastrukturu var. Qəbələ ümumən xoşuma gəlir. Lukas Melano layiq olmalıdır oyanmağa. Rəqabətdə qalib gəlməlidir. Onunla eyni mövqedə oynayan futbolçular Melanodan üstündülər. Bəzi epizodlar var idi ki, oyunçularımda arxayınlıq var idi. Mən də onları kökləyirdim oyuna. Bu da məşqçi işinə aid olan bir şeydi. Məşqçi olaraq oyunçular meydanda rahat olanda onları oyuna kökləməlisən. Çoxlu qol epizodu yaradırdıq. Yeganə yolu bunun üzərində işləməkdir. Düşünürəm ki, bu problem aradan qalxacaq. Olanaredə əzələ problemi idi. Ümid edirəm ciddi zədə olmaz. Meydança amili bu məsələnin olmasın səbəb olur. Bəzən təbii, bəzən isə süni ot örtüyündə oynayırıq. Təlim məşq bazamda da meydançalar fərqlidir. Bu cür meydanlarda futbol oynamağı xoşlayıram. Hər yerdə belə meydaçalar olsa, hər şey əla olar. Transfer haqda indi danışmaq düzgün deyil. Komandanı analiz edəcəyik, oyunçulardan tələblərimiz yüksəkdir. Böyük klubuk. Yüksək nəticələr üçün oynayırıq. Onlar "Neftçi"nin səciyyəsinə qalxmalıdırlar”.