“Mənim istəyimlə olsaydı, ötən ilki komanda dağılmazdı”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Neftçi”yə 2:0 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Ağır oyun gözlədiyini bilirdik. Oyunun dinamikasından razı qalmadım. Komadam istidiyim templə oynaya bilmədi. Rəqib əlinə düşən epizodları maksimum dəyərləndirdi. Çox danışmaq istəmirəm. Danışmaqla nəsə düzəlməyəcək. Bu məğlubiyyət bir siqnal olmalıdır ki, uçurumun dibindəyik. Düzəltmək üçün nəyisə etməliyik. Nəticəyə görə stress yoxdu. Son oyunlarda həyətlərdə çoxlu rotasiya edirik. Heyətlə bağlı sıxıntı var. Ümid edirəm ki, qarşıdakı oyunlarda hücum planında aktivliyi artırmalıyıq. 12 oyuna 7 qol vurmuşuq. Olduqca aşağı göstəricidir. Əvəzetməni nəyəsə ümid edib reallaşdırırsan. Xalaylanın hərarəti var idi. Əslində bu gün oynamalı deyildi. Matçın sonunda aktivliyi aşağı düşmüşdü. Allaşa gəlincə, hücumu gücləndirmək üçün dəyişdik. Ahmed Ayzayanın zədəsi ona ağrılar verir. Ağrılar keçməlidir ki, əsas heyətdə oynasın. Futbolçularda güc, birlik var. Möhkəm kollektivik. Oyunlar da göstərir ki, meydanda aciz deyilik. Sadəcə qollar vura bilmirik. Ümidsiz deyilik. Komanda şəklində toparlanıb daha samballı nəticələr əldə edəcəyik. Son yerlərdə gediriksə, nələrsə ideal deyil. Axsayan yerlərimiz var. Bunu görürük. Amma hər şey bizim istəyimizlə deyil. Mənim istəyimlə olsaydı, ötən ilki komanda dağılmazdı”.