05 Noyabr 2023, 20:50
FUTBOL
"İnter"in baş məşqçisi Simone İnzaqi müdafiəçi Benjamin Pavardın zədəsi haqda danışıb.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Hər hansı bir nəticə çıxarmazdan əvvəl bir az gözləmək lazımdır. Diz qapağı yerindən tərpəndi və sonra yenidən yerinə oturdu. Benjamin sakitdir. Həkimlərlə ünsiyyət qurur. Düşünürəm ki, biz bir müddət onsuz oynamalı olacağıq”.
Qeyd edək ki, futbolçu A Seriyasında “Atalanta” ilə oyunun (2:1) 33-cü dəqiqəsində meydanı tərk edib.