Hakim oyunu korladı. Namiqə dirsəklə vururlar, görmür. Eynisi Apehə də oldu. Lakin bu vəziyyət bizə qarşı olanda qırmızı vərəqə alırıq. Hakim qərəzli idi.
“Hakimlərin bizə qarşı niyə qərəzli olduğunu başa düşə bilmirəm”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyee Liqasında “Zirə”yə 1:0 hesabı ilə uduzan “Sabah”ın məşqçisi Artur Olenin deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Oyun haqda nəsə danışmaq çətindir. Sadəcə onu deyə bilərəm ki, ən yaxşı birinci hissəmizi keçirdik. Hakim oyunu korladı. Namiqə dirsəklə vururlar, görmür. Eynisi Apehə də oldu. Lakin bu vəziyyət bizə qarşı olanda qırmızı vərəqə alırıq. Hakim qərəzli idi. Daha nə deyim? Oyunçulara təşəkkür edirəm. 10 nəfərlə oynasalar da, yaxşı çıxış etdilər. Qol vurmaq istədilər. Bu hakimlərə, hakimlər briqadasına rəğmən nəsə etməyə çalışdılar. Hakimlərin bizə qarşı niyə qərəzli olduğunu başa düşə bilmirəm. Hakimlik bərbad idi”.