“Bu gün bir xal da əldə etmək qənaətbəxş olacaqdı”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Sabah”ı 1:0 hesabı ilə məğlub edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Emosional oyun alındı. Güclü rəqibə qarşı oynadıq. İlk hissədə daha çox müdafiə olunduq. Standart vəziyyətlərdən sonra yaranan təhlükəli epizodlar təzyiq yaratdı. Fasilədən sonra say üstünlüyü bizdə oldu və bundan istifadə edərək, vacib üç xal qazandıq. İşimizin öhdəsindən gəldik. Hesab bərabər də bitə bilərdi. Belə səfərdən əldə olunan hər xal ekstradır. Xalları sırf liderlik üçün qazanmırıq. 24 zal qazanmışıq. Digər rəqiblərimiz də yaxındır. Liderliyə köklənməmişik. Xal və ya xallar qazanmaq istəyirik. Bu gün bir xal da əldə etmək qənaətbəxş olacaqdı. "Qarabağ" qələbə qazanıb deyə, bu gün biz də mütləq qazanmalıyıq düşüncəsi əlavə təzyiq ola bilərdi. "Sabah" yaxşı komandadır. Son turda da üç xal qazanmışdılar”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest