"Milan"ın baş məşqçisi Stefano Pioli A seriyasının 11-ci turunun "Udineze" ilə oyunun (0:1) nəticələrini şərh edib.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Biz bacardığımız və istədiyimiz kimi oynamadıq. Nə qədər qabağa qaçsaq, oyunumuzda bir o qədər nizam-intizam və keyfiyyət az oldu. Hətta yaxşı nəticə əldə etmədiyimiz həftələrdə də yaxşı oynadıq. Amma bu dəfə yox. Çox xaotik hərəkət etdik. Nəticələr və performans narahatlıq doğurmalıdır. Bilirdik ki, çətin ola bilər. Çünki “Udineze” bizə öz ritmimizi tapmağa imkan vermir. Amma ümumilikdə oyun bizim standartlara uyğun gəlmədi. Bununla biz irəliləmək və bir çox hallarda daha yaxşı çıxış etmək üçün motivasiya tapmalıyıq. Biz daha yaxşı oynamalıyıq. Azarkeşlərin narazılığı ədalətlidir. Xüsusən də mənə münasibətdə. Çünki komanda bizim istədiyimiz kimi oynamadı”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest