"Mançester Yunayted"in hücumçusu Antoni qış transfer pəncərəsində klubu tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Ayrılığın təşəbbüskarı klub özüdür. Rəhbərlik futbolçunun gedişinə yaşıl işıq yandırıb. "Mançester Yunayted" braziliyalının performansından məyusdur və onu "Flamenqo"dan Qabriel Barbosa almaq üçün müqaviləyə daxil etmək istəyir. Daha əvvəl məlum olmuşdu ki, Mançester təmsilçisi yanvar ayı üçün 4 potensial transfer hədəfi müəyyən edib. Bu siyahıda Barbosa ilə yanaşı, Vissam Ben Yedder (Monako), Mehdi Taremi (Porto) və Markos Leonardo (Santos) yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest