"Rəqibi müntəzəm təzyiq altında saxlamalı və daha çox təhlükə yaratmalıyıq. Qol vurmaq üçün tez-tez qapını yoxlamalısan. Mahir Emrelinin 90+4-cü dəqiqədə vurduğu top bizi xilas etdi"

Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç Xorvatiya çempionatının XIV turuda “Varajdin”lə heç-heçə (1:1) etdikləri oyundan sonra fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 46 yaşlı mütəxəssis komandasından narazı qalıb.
 
O, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin matçda qol vurmasını da dəyərləndirib:
 
“Rəqibi müntəzəm təzyiq altında saxlamalı və daha çox təhlükə yaratmalıyıq. Qol vurmaq üçün tez-tez qapını yoxlamalısan. Mahir Emrelinin 90+4-cü dəqiqədə vurduğu top bizi xilas etdi. Bu top bizə 1 xal qazandırmaqla yanaşı, Emrelinin də özünəinamı üçün çox yaxşıdı”.
 
Qeyd edək ki, 12 oyunda 23 xal toplayan “Dinamo” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest