Qəbələ səfərində ikinci qola imza atan Rəhman Hacıyev ölkə çempionatında 30-cu dəfə adını tabloya yazdırıb. Yarımmüdafiəçi 260-cı qarşılaşmasında bunu reallaşdırıb.

Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” ilə keçirilən oyun “Neftçi”nin yarımmüdafiəçiləri Filip Ozobiç və Rəhman Hacıyev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, onlardan birinci oyun, ikinci isə qol baxımından yubileylə yadda qalıb.
 
Ozobiç Azərbaycan çempionatlarında 150-ci qarşılaşmasını keçirib. Maraqlıdı ki, bu, onun sabiq komandasına qarşı görüşdə baş verib. Xorvatiya əsilli oyunçu ölkəmizdə olduğu müddətdə çempionatda 51 dəfə fərqlənib. O, 2016-17 mövsümündən bəri “Qəbələ”də 46 (16 qol), “Qarabağ”da 95 (35 qol), “Neftçi”də isə 9 matça çıxıb.
 
Qəbələ səfərində ikinci qola imza atan Rəhman Hacıyev ölkə çempionatında 30-cu dəfə adını tabloya yazdırıb. Yarımmüdafiəçi 260-cı qarşılaşmasında bunu reallaşdırıb. Debüt qolunu 2011-12 mövsümündə “Bakı”da vuran Hacıyev karyerası ərzində şəhərin eyniadlı komandasında 2, “Neftçi”də 17, “Şamaxı”da 8, “Sumqayıt”da 3 dəfə fərqlənib.
 
Qeyd edək ki, “Neftçi” “Qəbələ”ni səfərdə 2:0 hesabı ilə üstələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest