"Roma"nın hücumçusu Serdar Azmun yeni komandasında ilk qolundan danışıb.

Matc.az xəbər verir ki, noyabrın 5-də İtaliya çempionatının 11-ci turunun duelində romalılar “Leççe”yə qalib gəlib (2:1). Futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Çətin oyun olacağını bilirdik. Diqqətimizi cəmlədik və xarakter nümayiş etdirdik. Bu, azarkeşlərimiz üçün layiqli mükafatdır. İlk qolunu vurdum. İnanılmaz hissdir. Bu anı çoxdan gözləyirdim. Bura gəlmək üçün çox çalışdım. Mən bu şəhəri sevirəm. Bu qolu valideynlərimə və həyat yoldaşıma həsr edirəm"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest