La Liqanın 12-ci turunda "Real" və "Rayo Valyekano" görüşü baş tutub.

Matc.az xəbər verir ki, duel qolsuz bərabərliklə yekunlaşıb. Beləliklə, "Rayo Valyekano" 2000-ci ildən sonra ilk dəfə "Santyaqo Bernabeu"da ilk xalını qazanıb. Daha sonra mart ayında baş tutan matç da 0:0 hesabı ilə başa çatıb. O vaxtdan bəri "Real" evdə 11 qələbə qazanıb.

Bu nəticə "Real"ı La Liqada ikinci pillədə saxlayıb. “Jirona” və “Barselona” ilə xal fərqi 2-dir.  "Rayo Valyekano" 18 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest