06 Noyabr 2023, 14:01
FUTBOL
Qolkiper AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək son görüşlərdə yığmanın düşərgəsində olacaq. 29 yaşlı oyunçu noyabrın 10-da “Kəpəz”lə keçiriləcək Premyer Liqanın XIII tur matçının ardından ölkəsinə yollanacaq.
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram növbəti dəfə Moldova millisinə çağırılıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qolkiper AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək son görüşlərdə yığmanın düşərgəsində olacaq. 29 yaşlı oyunçu noyabrın 10-da “Kəpəz”lə keçiriləcək Premyer Liqanın XIII tur matçının ardından ölkəsinə yollanacaq.
Qeyd edək ki, Moldova yığması noyabrın 17-də Albaniya, 20-də isə Çexiya ilə qarşılaşacaq.