"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 12-ci turunun "Rayo Valyekano" ilə oyunu (0:0) haqda danışıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Çoxlu qol epizodları yaratdıq, lakin dəqiqlik çatışmadı. Nəticədən məyus olduq. Məncə, yaxşı matç oldu. Bizim çoxlu resurslarımız var. Şanslar yaratdıq. Valverde, Vinisius, Xoselu, Rodriqo bunu bacardı. Bizdə bir az dəqiqlik çatışmırdı. Yenə deyirəm, matç yaxşı keçdi. Əks-hücumlara yaxşı nəzarət edirdik. Aqressiv idik. Komanda yaxşı oynayırdı, amma bəzən sadəcə qol vura bilmirsən. Şaquli ötürmələrdən istifadə etdik. Hər şeyi sınadıq, amma alınmadı. Sona qədər şans yaratmaq vacibdir və biz də çalışdıq. Komandanın yorğun olduğunu görmədim. Biz matçın gedişinə yox, nəticəyə görə üzülürük. Bəzən layiq olmadığın zaman qalib gəlirsən. Bəzən isə layiq olduğun zaman qalib gəlmirsən. Cədvəldə hər şey yaxşıdır . Mübarizə aparırıq. Çempionlar Liqasında çox yaxşı çıxış edirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest