06 Noyabr 2023, 18:15
FUTBOL
Qazaxıstanın “Turan” klubu azərbaycanlı qapıçı Emil Balayevə təzminat ödəyəcək.
Matc.az xəbər verir ki, bu barədə qolkiperin nümayəndəsi Elcan Həsənli sosial şəbəkədə paylaşım edib. O bildirib ki, millimizin üzvünün “Turan”a qarşı işi üzrə FİFA-nın Mübahisələrin Həlli Palatası oyunçunun xeyrinə qərar çıxarıb. Emilin ddia tələbi bütünlüklə qəbul edilib. FİFA-nın qərarına əsasən, Qazaxıstan təmsilçisi 29 yaşlı futbolçuya kompensasiya ödəyəcək.
Qeyd edək ki, Emil Balayev ötən ilin martından iyuluna qədər “Turan”ın formasını geyinib.