“Yuventus” qış transfer pəncərəsində üç futbolçunun keçidini həll etməyi düşünür.
 
Matc.az xəbər verir ki, bunlar Donetsk “Şaxtyor”undan Georgi Sudakov, “Nitsa”dan Kefren Türam və “Tottenhem”dən Pyer-Emil Hoybyerqdir. “Şaxtyor” ukraynalı oyunçusu üçün 40 milyon avro, “Nitsa” və “Tottenhem”in isə hərəsi 30 milyon avro istəyir.  Ancaq Sudakov “Arsenal”, “Benfika”, “Brayton” və “Çelsi”nin də gündəmindədi. O, Ukrayna millisinin heyətində 11 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest