PSJ-nin mərkəz müdafiəçisi Markinyos Paris klubunun tarixində 300-cü qələbə qazanan ilk futbolçu olub.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Cümə günü parislilər Liqa 1-in 11-ci turunun duelində "Monpelye"yə qalib gəlib (3:0). Bu qələbə braziliyalı üçün 300-cü qələbə olub. Markinyos 2013-cü ildə 31,4 milyon avroya "Roma"dan PSJ-yə keçib.

Qeyd edək ki, Paris komandasının heyətində futbolçu 419 oyun keçirib, 38 qol vurub və 10 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest