Fransa millisinin sabiq futbolçusu Samir Nəsri həmyerlisi Kilian Mbappeyə “Real”a keçməməyi və PSJ-də qalmağı tövsiyə edib.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Mbappe gedərsə, PSJ-də boşluq olacaq. Klub başqa futbolçularla müqavilə imzalaya biləcək. Amma onlar Kilian olmayacaqlar. Bu aydındır. Bu gün o, həm millidə, həm də klubunda çox mühüm rol oynayır. İki il əvvəl mən onu dünyanın ən yaxşı oyunçusu adlandırmışdım və indi də buna inanıram. Kilian Paris bölgəsindəndir. Mən onun yerində olsaydım, Madridə gedib orada 50-ci dəfə Çempionlar Liqasını qazanmaq əvəzinə PSJ-də qalardim. Düşünürəm ki, xalqının kralı olmaq daha yaxşıdır”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest