İngiltərə yığması mart ayında yüksək səviyyəli milli komandalarla iki yoldaşlıq oyunu keçirəcək.

Matc.az xəbər verir ki, hər iki oyun Londondakı “Uembli” stadionunda keçiriləcək. Futbolun yaradıcıları martın 23-də Braziliya millisini, martın 26-da isə Belçika yığmasını qəbul edəcəklər.

Qeyd edək ki, İngiltərə millisi oktyabrda vaxtından əvvəl Avro-2024-ə vəsiqə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest