06 Noyabr 2023, 22:35
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu Asiya Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda məğlub olub.
Matc.az xəbər verir ki, Ciddə klubu səfərdə İraqın “Əl-Quva” kollektivinə 0:2 hesabı ilə uduzub. Yasmin Əl-Təmimi və Mohannad Abdul-Rahim Səudiyyə Ərəbistanı yığmasının qapısına qol vurub. Kərim Benzema və N'Qolo Kante bütün matçı əsas heyətdə olublar. Lakin kluba xal qazandıra bilmədilər.
Qeyd edək ki, “Əl-İttihad” Çempionlar Liqasında 9 xalla C qrupuna liderlik etməyə davam edir. “Əl-Quva” (7 xal) ikinci yerdədir.