“Boka Xuniors” azarkeşi sevimli komandasına məğlub olduğu üçün intihar edib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Argentina klubu Libertadores kubokunun finalında "Fluminense"yə uduzduqdan sonra həmin şəxs intihar edib. Oyun noyabrın 4-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilib və əlavə vaxtda 2:1 hesabı ilə Braziliya klubunun xeyrinə başa çatıb. “Fluminense” tarixində ilk dəfə Libertadores kubokunu qazandı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest