Səudiyyə Ərəbistanı klubları “Mançester Yunayted”in kapitanı Bruno Fernandesi almağa cəhd edə bilər.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Səudiyyə Ərəbistanı Suveren Fondu portuqaliyalını yay transfer pəncərəsi üçün potensial hədəf kimi daxil edib. Mənbənin sözlərinə görə, Səudiyyə liqasının bəzi klubları transferin mümkünlüyünü qiymətləndirmək üçün futbolçu və onun ətrafı ilə əlaqə saxlamağa çalışacaq. Fernandesin hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, portuqaliyalı bu mövsüm 11 matçda iştirak edib. O, üç qol vurub, iki məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest