Çempionlar Liqasında qrup mərhələsinin IV turu start götürüb. Matc.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının görüşləri keçirilib. 

Öz meydanında “Yanq Boyz”u darmadağın edən “Mançester Siti” 1/8 finala vəsiqə qazanıb. Serbiyada “Srvena Zvezda”nı 2:1 hesabı ilə yenən “Leypsiq” də  pley-off mərhələsinə yüksəlib.

Gecənin ən bol qollu qarşılaşması Madriddə baş tutub. İspaniya paytaxtında “Atletiko” “Seltik”in qapısından 6 cavabsız top keçirib.

İtaliyada “Milan” və PSJ arasındakı oyunda isə meydan sahibləri əzmkar qələbəyə sevinib.  

 
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
7 noyabr
 
E qrupu
 
“Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya) - 6:0
Qollar: Qrizmann, 6; 60; Morata, 45+3; 76; Lino, 66; Saul, 85
 
“Latsio” (İtaliya) – “Feyenord” (Niderland) - 1:0
Qol: İmmobile, 45+1
 
Xal durumu: “Atletiko” – 8, “Latsio” – 7, “Feyenoord” – 6, “Seltik” - 1.
 
F qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə) - 2:0
Qollar: Füllkruq, 23; Brandt, 79

“Milan” (İtaliya) – PSJ (Fransa) - 2:1
Qollar: Leao, 12; Jiru, 51 -  Şkrinyar, 9
 
Xal durumu: “Borussiya” – 7, PSJ – 6,  “Milan” - 5, “Nyukasl” – 4.
 
G qrupu
 
“Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) - 3:0
Qollar: Haland, 22 (pen); 52; Foden, 45+1
 
“Srvena Zvezda” (Serbiya) – “Leypsiq” (Almaniya) - 1:2
Qollar: Simons, 8; Openda, 77 - Henrix, 81 (avtoqol)
 
Xal durumu: “Mançester Siti” – 12, “Leyptsiq” – 9, “Yanq Boyz” – 1, “Srvena Zvezda” - 1.
 
H qrupu

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya) - 1:0
Qol: Sikan, 40

 
“Porto” (Portuqaliya) – “Antverpen” (Belçika) - 2:0
Qollar: Evanilson, 32 (pen); Pepe, 90+1
 
Xal durumu: “Barselona” – 9, “Portu” – 9, “Şaxtyor” – 6, “Antverpen” - 0.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest