"Biz başqa nəticələrə etibar edə bilmərik. Rəqib yüksək səviyyəli komandadır, amma bizim əla oyunçularımız, düzgün fikrimiz var"
“Bu qarşılaşma dönüş nöqtəsi olmalıdır”. Matc.az xəbər verir ki, bunu “Milan”ın baş məşqçisi Stefano Pioli deyib.
Çempionlar Liqasının qrup mərhələsinin IV turunda bu gün PSJ ilə qarşılaşacaq İtaliya təmsilçisinin çalışdırıcısı rəqib komandanı tərifləyib: “Biz başqa nəticələrə etibar edə bilmərik. Rəqib yüksək səviyyəli komandadır, amma bizim əla oyunçularımız, düzgün fikrimiz var. Əvvəldən axıra kimi inanmalıyıq. Parisdəki oyun bizə öyrətdi ki, diqqət səviyyəmiz həqiqətən yüksək olmalıdır. Onlar hər an zərbə vura bilərlər. Bunun fərqində olmalı və qarşımıza çıxan hər şansdan istifadə etməliyik”.
Qeyd edək ki, 3 turdan sonra F qrupunda “Milan” və PSJ 6, “Borussiya” ilə “Nyukasl” 4 xal toplayıb.