“Nokia”nın sabiq top meneceri Tomas Zilliakus “İnter”in hüquqlarını almaq niyyətindədi. Matc.az xəbər verir ki, o, “XXI Century Capital” investisiya şirkətini təsis edib və təşkilat yaxın gələcəkdə “Suning Holdings Group”a “adekvat” təklif göndərmək istəyir.
 
İş adamı məsələ ilə bağlı açıqlama da verib: “Bizim layihələrimizə investisiya qoymağa hazır olan investorlarla ümumi məbləği 2,5 milyard dollar olan müqavilələr imzalanıb. Bu pulun bir hissəsini istifadə edərək layiqli təklif edəcəyik. İnvestorlarımız futbol dünyasından deyil. “İnter” indikindən də güclü klub olmağa qadirdir. Bu, indiki rəhbərliyi tənqid etmək deyil, onların gözəl idarəçiləri və məşqçiləri var. Amma biz böyüməyə çalışacağıq”.
 
Tomas Zilliakus İtaliya klubunu dünyanın ən böyük komandasına çevirmək istədiklərini söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest