Mükafatlandırma mərasimi Madriddə baş tutub. Braziliyalı forvard çıxışında təşkilata təşəkkürünü bildirib və daha uzun illər eyni ruhda oynamağa davam edəcəyinə ümid etdiyini söyləyib.

İspaniya La Liqasında 2022-23 mövsümün ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, “Real”ın hücumçusu Vinisius Junior İspaniya Futbolçular Assosiasiyasının (AFE) versiyasına görə, ötən mövsümün ən yaxşı adına layiq görülüb.
 
Mükafatlandırma mərasimi Madriddə baş tutub. Braziliyalı forvard çıxışında təşkilata təşəkkürünü bildirib və daha uzun illər eyni ruhda oynamağa davam edəcəyinə ümid etdiyini söyləyib.
 
Vinisius Junior “France Football” jurnalının versiyasına görə, “Qızıl top” üçün səsvermədə 6-cı yeri tutmuşdu.
 
Qeyd edək ki,braziliyalı ötən mövsüm La Liqada keçirdiyi 33 oyunda 10 qol vurub, 10 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest