II Liqanın X turunda keçirilən “Şahdağ Qusar” – “Dinamo” oyununda son 7 mövsümün rekordu qeydə alınıb. Matc.az xəbər verir ki, birincilərin doğma arenada 9 cavabsız qol vurmaları buna yol açıb.
 
Belə ki, bu, son 7 mövsüm ərzində PFL-in bayrağı altında baş tutan yarışların ən böyükhesablı nəticəsi olub.
 
Axırıncı dəfə 2016-17 mövsümündə bu hal yaşanmışdı. 2016-cı il noyabrın 8-də “Zaqatala” “Energetik”i 10:0 hesabı ilə üstələmişdi. Həmin görüşün üzərindən 2554 gün keçib.
 
Qeyd edək ki, bu mövsüm II Liqanın daha bir qarşılaşmasında qapılara 9 qol vurulub. “Kür-Araz” “Kürmük Qax”a 6:3 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest