07 Noyabr 2023, 15:43
FUTBOL
“Qəbələ” – “Neftçi” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə alıb. Bu isə klubların 700 manatlıq cərimələnməsinə səbəb olub.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Premyer Liqanın XII turunda baş verən neqativ hallar müzakirə olunub.
“Səbail”lə görüşdə 5 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat cərimələnib. Qarşılaşmanın 90+5-ci dəqiqəsində Tovuz təmsilçisinin azarkeşləri tərəfindən kütləvi şəkildə baş hakimin ünvanına təhqiramiz ifadələr səslənib. Bu hal cari mövsüm ikinci dəfə yaşandığından, “Turan Tovuz”a daha 500 manat cərimə kəsilib.
“Qəbələ” – “Neftçi” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə alıb. Bu isə klubların 700 manatlıq cərimələnməsinə səbəb olub.
“Zirə” ilə görüşün 42-ci dəqiqəsində qırmızı vərəqə alan “Sabah”ın futbolçusu Emmanuel Apeh 1 oyunluq cəzalanıb, klubunu 500 manat ziyana salıb.