“Tottenhem”in futbolçusu Kristian Romero İngiltərə Premyer Liqasında iki mövsüm ərzində 4-cü dəfə qırmızı vərəqə alıb. Matc.az xəbər verir ki, müdafiəçi XI turda “Çelsi” ilə görüşün birinci hissəsində meydandan qovulub.
 
O, meydanın özlərinə aid hissəsində rəqibin yarımmüdafiəçi Enzo Fernandesi vurub. Baş hakim Maykl Oliver VAR-a baxdıqdan sonra argentinalıya qırmızı vərəqə göstərib.
 
Qeyd edək ki, Romero 2021-ci ilin yayında “Tottenhem”ə keçdikdən sonra 4 dəfə qırmızı vərəqə alıb. Bu, İngiltərə çempionatında indiyəqədərki ən pis nəticədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest