Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov UEFA ilə bağlı narazılığını dilə gətirib. Matc.az xəbər verir ki, o, Polşa klubu “Lexiya” ilə yoxlama görüşü keçirmək istəmədiklərini bildirib.
 
Rebrov əlavə edib ki, UEFA onları bu addımı atmağa məcbur edir: “İndi buna ehtiyacımız yoxdu. Amma UEFA bizə deyir ki, bu oyunu keçirməliyik. Təəssüf ki, həmin yoxlama matçına çıxmalı olacağıq”.
 
Qeyd edək ki, yoxlama görüşünün noyabrın 16-da Polşanın Qdansk şəhərində təşkili planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest