AFFA-nın təşkilatçılığı ilə ardıcıl 4-cü dəfə təşkil edilən ənənəvi “Zəfər” turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, məşqçi və inzibatcılardan təşkil olunan "Araz-Naxcıvan" bu gün yarımfinalda "Sabah"la qarşılaşıb.
 
5:1 hesabı ilə qələbə qazanan "Araz-Naxcıvan" finalda "Neftçi" ilə üz-üzə gəlib. Oyunun gedişində 3:0 hesabı ilə öndə olan Naxçıvan təmsilçisi üstünlüyünü son dəqiqədə əldən verib və matçın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında dəqiq oynayan "qırmızı-aglar" 3:1 hesabı ilə qalib gəlib və "Zəfər" kubokunu  qazanıb.
 
Turnirin sonunda komanda üzvlərinə medallar və kubok təqdim olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest