Mirça Luçesku yenidən Türkiyədə çalışa bilər. Matc.az xəbər verir ki, rumıniyalı mütəxəssis sabiq komandası “Beşiktaş”ın maraq dairəsinə düşüb.
 
Oktyabrda Şenol Güneşi istefaya göndərən “ağ-qaralar” bu posta müvəqqəti Burak Yılmazı gətirib. Lakin Luçeskunun təyinatı üçün onunla danışıqlara başlanılıb. 78 yaşlı çalışdırıcı bir neçə gün əvvəl Kiyev “Dinamo”sundan ayrıldığı üçün hazırda işsizdi.
 
Qeyd edək ki, Mirça Luçesku 2002-2004-cü illərdə “Beşiktaş”a rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest