“Real”ın baş məşqçisi Karlo Ançelotti klubun qış transfer pəncərəsi ilə bağlı planlarından danışıb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis yeni oyunçu almaq niyyətində olmadıqlarını bildirib.
 
O, komandanın hazırkı heyətinə güvənir:
 
“Yanvarda heç kimi almağı planlaşdırmırıq. Düşünürəm ki, qış "transfer pəncərəsi" bizim üçün bağlıdı. Dieqo Militao və Tibo Kurtua mövsümün sonuna qədər qayıdacaqlar. Yanvarda nəyinsə baş verəcəyi ehtimalı azdı”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest