Polşanın 17 yaşadək futbolçulardan ibarət yığmasının 4 futbolçusu heyətdən çıxarılıb. Matc.az xəbər verir ki, buna səbəb onların spirtli içki qəbul etməsidi.
 
Polşa Futbol Federasiyası (PZPN) məşqçilər korpusunun qərarı ilə Oskar Tomçik, Filip Volski (hər ikisi “Lex”), Yan Lombendzki (“Lodz”) və Filip Rozqanın (“Krakoviya”) cəzalandırıldığını açıqlayıb.
 
Adıçəkilən oyunçular millidə olarkən spirtli içki qəbul ediblər. Yığma hazırda İndoneziyadadı və orada gənclər arasında dünya çempionatının startına hazırlaşır. Şəhərdən otelə gedərkən hətta oyunçulardan biri yıxılaraq qaşından xəsarət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest