“Real” gənc futbolçuları ilə uzunmüddətli müqavilə bağlamaqda davam edir. Matc.az xəbər verir ki İspaniya klubu daha bir oyunçusunun sözləşməsini yeniləyib.
 
Bu dəfə yarımmüdafiəçi Eduardo Kamavinqa uzunmüddətli sazişə qol çəkib. 21 yaşlı orta sahə oyunçusu artıq 2029-cu ilin yayına qədər “kral klubu”na məxsusdu.
 
2021-ci ildən “Real”ın formasını geyinən Kamavinqa həmin vaxtdan bəri 114 matçda iştirak edib.
Qeyd edək ki, daha əvvəl hücumçular Vinisius Junior 2027, Rodriqo isə 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə bağlamışdılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest