08 Noyabr 2023, 09:27
FUTBOL
Portuqaliya millisinin üzvü qarşılaşmada fərqlənərək buna nail olub. Komandasının ikinci qolunun müəllifi olan Pepe ÇL tarixinin ən yaşlı qolçusu ünvanını ələ keçirib. O, 40 yaş 254 günündə rəqib qapısına yol tapıb.
Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda “Antverpen”lə oyun “Porto”nun müdafiəçisi Pepe üçün əlamətdar olub. Matc.az xəbər verir ki, ulduz futbolçu qitənin ən nüfuzlu klub turnirinin tarixinə düşüb.
Portuqaliya millisinin üzvü qarşılaşmada fərqlənərək buna nail olub. Komandasının ikinci qolunun müəllifi olan Pepe ÇL tarixinin ən yaşlı qolçusu ünvanını ələ keçirib. O, 40 yaş 254 günündə rəqib qapısına yol tapıb.
“Antverpen”i 2:0 hesabı ilə məğlub edən “Porto” 9 xalla H qrupunda ikinci yerdə qərarlaşıb.