Məhz onun qolu sayəsində “Milan” 2:1 hesablı qələbə qazanıb. Jiru 37 yaş 38 günlüyündə rəqibi mərkəzə dəvət etməyi bacarıb.

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turu “Milan”ın hücumçusu Olivye Jiru üçün əlamətdar olub. Matc.az xəbər verir ki, qarşılaşmada komandasının qələbə topunun müəllifi olan 37 yaşlı forvard ÇL tarixində qol vuran ən yaşlı fransalı olub.
 
Məhz onun qolu sayəsində “Milan” 2:1 hesablı qələbə qazanıb. Jiru 37 yaş 38 günlüyündə rəqibi mərkəzə dəvət etməyi bacarıb. O, 2002-03 mövsümündə “Mançester Yunayted”in heyətində “Olimpiakos”la qrup mərhələsi matçında (3:2) qol vuran Loran Blanın (36 yaş 338 gün) rekordunu yeniləyib.
 
Qeyd edək ki, F qrupunda yer alan “Milan” hazırda 5 xalla üçüncü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest