08 Noyabr 2023, 10:58
FUTBOL
“Barselona”nın hücumçusu Robert Levandovski 2011-ci ildən bəri ən uğursuz dönəmini yaşayır. Matc.az xəbər verir ki, polşalı forvard Kataloniya klubunun heyətində ardıcıl 6 oyundur qol vurmur.
Bu, Robert Levandovskinin son 12 ildə ən uğursuz qol seriyasıdır. Leva ötən ilin yayında “Bavariya”dan “Barselona”ya keçib. O, 2022-23 mövsümündə bütün turnirlərdə 44 oyunda 33 qol vurub, 8 məhsuldar ötürmə verib.
Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədi.
Qeyd edək ki, “Barselona” son olaraq Çempionlar Liqasının H qrupunun IV turunda Donetsk “Şaxtyor”una 0:1 hesabı ilə məğlub olub.